SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tovuzda tələbə qızı qaçırıb, intim fotolarla şantaj edənlər Ali Məhkəməyə müraciət etdilər

19-02-2019, 10:37 | Oxunub: 9 372 |

Tovuzda tələbə qızı qaçırıb, intim fotolarla şantaj edənlər Ali Məhkəməyə müraciət etdilər

Tovuzda tələbə qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslər Ali Məhkəməyə müraciət ediblər.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, cinayət məcəlləsinin 150.2.1-ci maddəsi ilə təqsirləndirilən Məmmədov Kamal Əbülfət oğlu, Niyazov Elməddin İsgəndər oğlu, Rzayev Nemət Həsrət oğlu və Kərimov Mürsəl Akif oğlunun məhkəmə prosesi mart ayının 19-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək. Hadisə Tovuz rayonunun Əyyublu qəsəbəsində baş verib. Belə ki, 20 yaşlı tələbə qız G.K tətillə əlaqədar evlərində olarkən dəhşət yaşayıb. G.K həmyaşıdlarının şantajına məruz qalıb. Qəsəbənin 4 gənc sakini qızı zorlanma ilə bağlı səkilləri yaymaqla şantaj ediblər. Bir neçə dəfə qıza zəng edərək görüşə çağırıblar. Lakin G.K etiraz edib və qorxduğundan heç kimə də heç nə bildirməyib.

İstintaq zamanı məlum olub ki, 2015-ci il martin 22-də saat 12 radələrində Məmmədov Kamil Əbülfət oğlu, Niyazov Elməddin İskəndər oğlu ilə birgə G.K-nı qaçırıb. Qızı möhkəm döyüb və ona qarşı seksual hərəkət ediblər. Daha sonra qızı nənəsigilə gətiriblər. Bir neçə saat sonra qıza zəng edərək baş verənləri çəkdiklərini bildiriblər. Əgər küçəyə çıxmazsa, fotoları yayacaqları ilə hədələyiblər. Qıza qarşı seksual hərəkət edənlər baş verən hadisəni dostları Kərimov Mürsəl Asif oğlu və Rzayev Nemət Həsrət oğluna danışıblar. Baş verənlər haqda kiməsə danışacağı halda qızı ölümlə hədələyiblər.

Tovuz Rayon Polis Şöbəsindən də bildirib ki, qız zorlanmayıb, sadəcə ona qarşı seksual hərəkətlər edilib. Çünki tələbə qız tibbi müayinədən keçib və onun bakirə olduğu məlum olub. Verilən məlumata görə, həmin günün səhərisi saat 5 radələrində tələbə qız haqqında yayılan şayiələrlə əlaqədar intihara cəhd edib. Qız dərman içib. Onu huşsuz halda tapan valideynləri dərhal həkim çağırıblar. Qızı huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR