SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz olunub

23-06-2018, 07:36 | Oxunub: 9 032 |

Bakıda kilsədə 9 yaşlı qıza təcavüz olunub

Rus Pravoslav Kilsəsinin Bakı Yepiskopluğunda qalmaqallı hadisə baş verib.

Emtv.az “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi kilsədə azyaşlı qızın zorlanması faktının araşdırılmasına başlayıb.

Məlumatlara görə, iyunun 20-də Nəsimi rayon 22-ci polis bölməsinə M.X. adlı paytaxt sakini müraciət edib. O, Bakıdakı kilsələrdən birinin ziyarətçisidir. Fevralın 14-də doqquz yaşlı qızı ilə birlikdə kilsəyə gedib. Qadın dua etdiyinə görə iki kişinin onun qızını başqa yerə apardığını və ona qarşı seksual xarakterli hərəkət etdiyini görməyib.

Baş verənlərlə bağlı uşaq anasına dərhal məlumat verməyib. O, hadisə ilə bağlı anasını dörd aydan sonra məlumatlandırıb. Şikayətçi şübhələndiyi şəxslərin adını açıqlayıb, ancaq biz etik səbəbdən onların adını bildirmirik.

Hazırda işlə bağlı materiallar Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib və bununla əlaqədar Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanıb.

İstintaq hadisənin təfərrüatını araşdırır. Faktla bağlı ekspertiza təyin olunacaq. Hadisə ilə əlaqədar həmin kilsə ilə əlaqə saxlanılıb.

Kilsənin atası bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur. O, adıçəkilən şəxslərin kilsə ziyarətçisi olduğunu təsdiqləyib.

Hadisədə adları çəkilən keşişlərlə də danışmaq cəhdlərinə kilsənin atası mane olub. Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazada qeyd edib ki, zərərçəkən qızı təzyiqlərdən qorumaq üçün bir müddət ictimaiyyətin diqqətindən kənarda qalmalıdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR