SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İş adamı oğlunun öldürdüyü şəhid qızını sərxoş “çıxarmaq” istəyib

8-02-2019, 15:47 | Oxunub: 12 923 |

İş adamı oğlunun öldürdüyü şəhid qızını sərxoş “çıxarmaq” istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə başlayıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama münasibət bildirən E.Babayev özünü təqsirli bilib və günahını etiraf edib. Məlum olub ki, Elnur Babayev iş adamı, “Yeganə” Şadlıq Sarayının rəhbəri Akif Rəhimovdan ümumilikdə 52 500 manat pul alıb.

Həmin pulun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı ört-basdır edəcəkmiş. Belə ki, Elnur Babayev iş adamına vəd edib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin, Elnur Babayev işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edərək, 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə onların xeyrinə danışacaq şahidlərin tapılması, qəzanın Rəhim Rəhimovun yox, onların sürücüsünün adına rəsmiləşdirilməsini təmin etmək üçün istəyib. Lakin Elnur Babayev vədlərinə əməl etməyib.

Qeyd edək ki, 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Hadisədən 20 gün sonra saxlanılan Rəhim Rəhimov barəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və məhkəmənin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib. O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. Akif Rəhimov “Yeganə” şadlıq sarayının rəhbəridir. O, deputatlığa namizəd də olub. Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR