SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İş adamının həbsdə olan oğlunun işinə yenidən baxılacaq- İŞƏ YENİ VƏKİL QOŞULUB

2-04-2018, 14:23 | Oxunub: 6 850 |

İş adamının həbsdə olan oğlunun işinə yenidən baxılacaq- İŞƏ YENİ VƏKİL QOŞULUB
“Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun həbsdə olan 19 yaşlı oğlu Rəhim Rəhimovun müdafiəsinə daha bir vəkil qoşulub. Bundan sonra R.Rəhimovun üç vəkili olacaq.

Emtv.az xəbər verir ki, şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanı avtomobillə vurub öldürməkdə ittiham olunan R.Rəhimov bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində son sözünü deməli, ardınca da ona hökm oxunmalıydı.

Amma məhkəmədə əvvəlcə iş adamının vəkili Muxtar Mustafayev müvəkkili ilə bağlı ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin psixoloji problemləri olub, R.Rəhimov hadisə zamanı sarsıntı keçirib, yol kənarında oturub ağlayıb: “Hüquqlarını müdafiə etdiyim şəxs həmin vəziyyətdə ilkin ifadə verib”.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra R.Rəhimovun müdafiəsinə daha bir vəkilin – Novruz Əliyevin qoşulduğu məlum olub. Yeni vəkil məhkəmə iclas protokolları və başqa sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Əlavə edib ki, məqsədləri heç də prosesi uzatmaq deyil.

Hakim bildirib ki, əgər yeni vəkil işə qəbul edilərsə, iş yenilənməlidir. Bu isə prosesin uzanmasına səbəb olacaq.

R.Rəhimovun digər iki vəkili də yeni müdafiəçinin işə qoşulmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edilib.

Aprelin 5-də iş adamının oğlunun işinə yenidən baxılacaq.

İttihama görə, Rəhim Rəhimov ötən il noyabrın 8-də “Bayraq meydanı”nın yaxınlığında idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. Piyada hadisə yerində vəfat edib. İttihamda yazılıb ki, sürücü hadisə yerindən qaçıb. Rəhim Rəhimov hadisədən 20 gün sonra polisə təslim olub. O vaxta qədər isə bu əməli boynuna Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov götürüb. Hətta o, təqsirləndirilən şəxs qismində də tanınıb.


Lakin zərərçəkmiş tərəf – Könül Əkbərovanın anası müxtəlif dövlət orqanlarına, Prezidentə çoxsaylı şikayətlər yazaraq, hadisəni əslində Rəhim Rəhimovun törətdiyini bildirib. Bundan sonra Şahbazov məsuliyyətdən azad edilib, Rəhimov həbs olunub.

Amma məhkəmədə Könül Şahbazovanın anası zərərçəkmiş qismində ifadə verərkən Rəhim Rəhimovdan şikayətçi olmadıqlarını bildirdi: “Bu, mənim nəvələrim yaşında uşaqdır. Hadisədir də, olub…”

Prokuror Rəhim Rəhimovun 4 il sürücülük hüququndan məhrum edilməklə, ona 6 il həbs cəzası verilməsini istəyib.

R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub.O, Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.


Amma Rəhim Rəhimov hadisə yerindən qaçması haqda ittihamla razılaşmır. Deyir ki, polislər də gəlib onu hadisə yerində görüblər.


Rəhim Rəhimov atası Akif Rəhimovun həm də deputatlığa namizdlərdən olub. Əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR