18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şəhid qızının ölümü ilə bağlı məhkəmə prosesi yekunlaşır
Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam edib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılıb.
Məhkəmədə R.Rəhimovun vəkilinin təkrar avtoekspertiza keçirilməsi barədə vəsatəti elan edilib. Müdafiə tərəfi qəza zamanı hava şəraitini nəzərə alaraq R.Rəhimovun hadisənin qarşısını almaq imkanının olub-olmamasına təkrar qiymət verilməsini istəyib.
Dövlət ittihamçısı bildirib ki, hadisə yerinin avtoekspertizası istintaq zamanı keçirilib və buna ehtiyac yoxdur. Məhkəmə müşavirədən sonra qərarı elan edib. Vəsatət təmin edilməyib.
Hakim sənədlərin təhqiqi mərhələsinin başlandığını elan edib. Bu zaman Rəhimə sual verilib ki, yolda qanunla nəzərdə tutulmuş sürətlə hərəkət edən zaman yolu keçən qadını niyə görəməyib?
R.Rəhimov söyləyib ki, hava yağışlı olduğu üçün qadını görməyib: “Həm də yolun işıqlandırması yox idi. Əgər mən onu gırsəydim, maşını sağa və ya sola çəkib qəza törədərdim. Bilsəydim bir insanı noyə vurardım ki?”
Məhkəmə prosesi fevralın 27-də davam edəcək.
İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, “Bayraq meydanı”nın yanında baş verib.
R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrın 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.
3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov “Xırdalan Xəz” ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.
Emtv.az