18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
17 yaşlı Rəhimə yenə hökm oxunmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.
Emtv.az-ın criminal.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə vəkillər müdafiə çıxışı etməli idi.
R.Rəhimovun vəkili Muxtar Mustafayev isə vəsatət verərək bildirib ki, hadisə zamanı müvəkkilinin anlaqsız vəziyyətdə olduğunu deyib və buna görə də psixoloji ekspertiza keçirilməsini istəyib.
Hakimlər kollegiyası vəsatəti təmin etməyib.
Daha sonra R.Rəhimovun yeni vəkil Novruz Əliyevlə müqavilə imzaladığı bildirilib. Buna görə də N.Əliyev məhkəmə protokolları ilə tanış olmaq üçün vaxt istəyib.
Hakim bildirib ki, hazırda proses yekunlaşmaq üzrədir və bu addım işi uzatmaq məqsədi daşıyır: "Yeni vəkil işə qəbul olunsa, iş yenilənməlidir, dövlət ittihamçısı yenidən çıxış etməli, təqsirləndirilən şəxs yenidən ifadə verməlidir".
Məhkəmə kollegiyası müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, vəkil işə qəbul edilib və proses yenilənib. Proses yenidən baxış iclasından davam etdiriləcək.
Növbəti iclas aprelin 5-də keçiriləcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
Emtv.az