SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Trampın iş qrafiki qalmaqala səbəb oldu

8-02-2019, 14:49 | Oxunub: 10 350 |

Trampın iş qrafiki qalmaqala səbəb oldu

ABŞ prezidentinin şəxsi iş qrafikinin bu həftə internetə sızması ABŞ mətbuatında geniş müzakirəyə səbəb olub. Məlumata əsasən, Donald Tramp Ağ Evdə iş saatlarının böyük hissəsini səmərəsiz keçirir.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki,Trampın tənqidçiləri “səmərəsiz iş saatları”nı onun Ağ Evdə “tənbəliyi” kimi qələmə verib. İddiaya görə, Birləşmiş Ştatların dövlət başçısı işdə başlıca olaraq “Fox News” telekanalında çıxan xəbərlərə öz “Twitter”səhifəsində canlı olaraq reaksiya verməklə məşğul olur.

“Hazırda Boka qocalar evində masaüstü oyun oynayan yaşlılar Birləşmiş Ştatlar prezidentindən çox iş görür”, - deyə keçmiş respublikaçı konqresmen Coy Skarborou MSBC-nin “Morning Joe” verilişində bildirib.

Trampın “silahdaşları” isə bu iddiaları qəti şəkildə rədd edərək, prezidentin olduqca səmərəli və məhsuldar iş qrafikinin olduğunu, gün boyu görüşlər keçirdiyini və müxtəlif telefon danışıqları apardığını bildirir.

Trampın ötən üç ayı əhatə edən şəxsi iş qrafiki ötən həftəsonu “Axios” saytına sızıb. Anonim mənbənin yaydığı məlumata görə, Tramp iş gününün 60 faizini şəxsi işlərinə sərf edir. Bu, başlıca olaraq prezidentin saat 06:00-da yuxudan oyandığı vaxtdan 11:00-a kimi olan müddəti əhatə edir.

“Axios”un məlumatına görə, Tramp məlumatların sızmasından qorxduğundan dövlətin işinə aid olmayan görüş və zənglərini bu müddətdə həyata keçirir. Zənglər və görüşlər dedikdə, “Fox” telekanalının aparıcıları Şo Henniti və Lu Dobbs, köhnə dostu və vəkili Rudi Culiyani, Nyu-York biznesmeni Riçard LeFrak, mühafizəkar media maqnatı Kris Ruddi və keçmiş cangüdəni Kit Şiller, Konqresdən olan dostları - senator Linsey Qrehem, ABŞ konqresmeni Mark Meadou və başqaları ilə keçirdiyi görüşlər və telefon danışıqları nəzərdə tutulur.

O, mütəmadi olaraq “New York Times” və digər nəşrlərin redaksiyalarına zəng vuraraq, üz qabığındakı başlıqlardan şikayət edir.

Ağ Evin həm keçmiş, həm də cari heyəti internetə sızmış məlumatların həqiqəti əks etdirmədiyini bildirir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR