18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Trampın qoşunları Suriyadan çıxarmaq qərarı ABŞ-da mübahisələrə səbəb olub
ABŞ Prezidenti Donald Trampın 2 min nəfərlik hərbi kontingentin Suriyadan çıxarılacağı haqda bəyanatı Birləşmiş Ştatların Senatı və Konqresində birmənalı qarşılanmayıb.
Emtv.az xarici KİV-olan “The New-York Times” yazır ki, respublikaçılar və demokratlar bu addımın doğuracağı geosiyasi fəsadlardan, Suriyada vəziyyətin Rusiya və İranın tam nəzarətinə keçəcəyindən narahatlıq ifadə ediblər. Tramp “Twitter” səhifəsində “İslam dövləti” terror təşkilatı üzərində qəti qələbə qazanıldığı və amerikan əsgərlərinin vətənə dönməsinin vaxtı gəldiyini bəyan etsə də, Pentaqon bunun tam əksi olan bəyanatla çıxış edib. Müdafiə Nazirliyində CNN-ə bildiriblər ki, “hərbçilərin geri qayıtması məntiqsiz və vaxtı çatmamış” addımdır.
“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ-ın müdafiə naziri Cim Mattis Suriyada kiçik bir hərbi hissə saxlamağı tövsiyə etsə də, ABŞ Prezidenti bu təklifi qəbul etməyib. Bununla bağlı Mattisin vəzifəsindən istefa edəcəyi də xəbər verilir.
Birləşmiş Ştatların ən böyük müttəfiqi olan Böyük Britaniyanın müdafiə naziri də Trampın bu qərarının düzgün olmadığı qənaətindədir.
Sevinc Əlimova,
Emtv.az