18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Almaniya Trampın Avropa İttifaqına ticari savaş açacağından ehtiyatlanır
Xarici KİV-lərin verdiyi xəbərə görə, Almaniya Federativ Respublikası (AFR) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Avropa İttifaqına (Aİ) qarşı ticari savaş başlaya biləcəyindən narahatlıq keçirir.
Bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyl G20 sammiti ərəfəsində bəyan edib.
«Elə şeylər var ki, ciddi narahatlıq doğurur. Onunla bağlıdır ki, ABŞ Avropa ilə ticari savaşa başlaya bilər» – deyə, «Röyter» agentliyi nazirdən sitat gətirir.
O, söhbətin məhz nədən getdiyini dəqiqləşdirməyib, ancaq qeyd edib ki, Berlin Vaşinqtonla əməkdaşlıq etmək üçün imkanlar arayacaq.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri bəyan etmişdi ki, mübahisəli məsələlər üzrə Trampla Putinin konkret razılıqlara gələcəyinə ümid edir. Bu məsələlər arasında Suriyada əməkdaşlığı, Ukraynada münaqişənin genişlənməsini, silahlar üzərinə nəzarəti və nüvə silahından imtinanı önə çəkmək olar.
Emtv.az