18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tramp prezidentliklə erkən vidalaşa bilər - Onu çətin günlər gözləyir
Demokratlar Partiyasından 196 Konqres üzvünün Donald Trampı məhkəməyə verməsi onu çətin vəziyyətə salıb.
Konqresmen: “Tramp 2017-ci ildə impiçment edilə bilər”
Konqresmenlər Trampın konstitusiyada yer alan və xarici ölkələrdən mənfəət əldə edilməsini qadağan edən maddəni kobud şəkildə pozduğunu iddia edirlər.
“ABŞ öz liderliyini itirib”
Bu sözləri mətbuata politoloq Mübariz Əhmədoğlu deyib.
“Əslində ABŞ İkinci Dünya müharibəsindən sonra Avropanın zəif vəziyyətindən istifadə edərək, dünya liderinə çevrildi. "Marşal planı"nı reallaşdırmaqla, Avropanın sosial-iqtisadi problemlərinin həllinə yardım etdi. İkinci Dünya müharibəsi demək olar ki, Avropanı xaraba qoymuşdu. ABŞ Avropanı yumşaq formada öz təsiri altına aldı. ABŞ-ın dünyada fövqəl gücü ona görə mövcud idi ki, Avropa ABŞ-la idi. Trampın bugünki siyasətini xarakterizə etmək üçün ən yaxşı ölçü vahidi Avropada səslənən fikirlərdir. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini dəfələrlə Trampın siyasətini tənqid ediblər. Avropanın müstəqil siyasət aparmalı olduğunu bildiriblər. ABŞ-dan tələb edirlər ki, Rusiyaya qarşı münasibətini dəyişsin. Bu onu göstərir ki, həm iqtisadi, həm geosiyasi məsələlərdə Avropa ilə ABŞ arasında artıq uçurum yaranıb. Hətta, bəzi Avropa liderləri Avropanın özünün ayrıca ordusunun yaranması mövzusunu gündəmə gətiriblər. Həm Yunker, həm Mogerini, həm də Almaniyanın xarici işlər naziri artıq bəyan ediblər ki, ABŞ əksər məsələlər üzrə dünya liderliyini itirib. Əgər avropalılar deyirlərsə, ABŞ dünya liderliyini itirib, bu həqiqətdir. ABŞ dünya liderliyini Avropa ilə birlikdə olduqdan sonra əldə edib".
Tramp istefaya göndərilə bilərmi? - Günün siyasi şərhi
Tramp hər an istefaya göndərilə bilər.
Şəxsi anlamda da, Trampın özünün davranışları kifayət qədər ciddi şübhələr doğurur. Təsəvvür edin, ABŞ prezidenti Səudiyyə Ərəbistanına gedir, gizli-gizli görüşlər keçirir, sonra Qətərin üzərinə hücumlar başlayır. Qətər təxminən 12 milyard dollarlıq müqavilə bağlayandan sonra ABŞ Səudiyyə Ərəbistanına qarşı təzyiq göstərməyə başlayır ki, daha Qətərə qarşı müharibəyə başlama. Nəinki, ABŞ kimi dövlət, hətta cırtdan dövlətin başçısı da belə addımlar atsa, bu həmin dövlət başçısı üçün xoş olmayan nəticə verəcək. Həmin dövlət başçısına qarşı xoş olmayan hisslər yaradacaq. Hesab edirəm ki, ABŞ-da “Məxməri inqilab” gözləməyə ehtiyac yoxdur. ABŞ dünya üzrə bir çox məsələlər üzrə standartlar müəyyənləşdirmiş dövlətdir. Bir neçə dəfə orda prezidentlər hər hansı səbəbdən səlahiyyətlərini davam elətdirə bilməyiblər. Prezidentlərin impiçment məsələsi olub. Düşünürəm ki, ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun başına gələnlər Trampın da başına gələ bilər. Məhkəmə qərarları, konqresmenlərin narazılıqları artıq ciddi siqnaldan xəbər verir. Trampın işi üzrə artıq fərdi prokuror təyin edilib. Yaxın aylarda ola bilər ki, konqresdə Trampın ABŞ prezidentlik vəzifəsindən uzaqlaşdırılması məsələsi gündəliyə gəlsin”.
Emtv.az