SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Dedi axşam Trampa beş qadın göndərəcəyik…” – Prezidentin keçmiş mühafizəçisindən şok etiraf

10-11-2017, 12:38 | Oxunub: 10 453 |

“Dedi axşam Trampa beş qadın göndərəcəyik…” – Prezidentin keçmiş mühafizəçisindən şok etiraf

ABŞ prezidenti Donald Trampın keçmiş mühafizəçisi Keyt Şiller Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsinin keçirdiyi qapalı dinləmələrdə ifadə verərək 2013-cü ildə Moskvada onlara qadın təklif etdiklərini təsdiqləyib.

Emtv.az xəbər verir ki, Şillerin ifadəsinə dair bu sensasion xəbəri NBC News yayıb.

Keçmiş mühafizəçi deyib ki, 2013-cü ildə Moskvada “Kainat gözəli” müsabiqəsindən əvvəl Trampla biznes-görüşün rusiyalı iştirakçılarından biri ona yaxınlaşıb və axşam otelə, milyarderin nömrəsinə “beş qadın göndərəcəklərini” deyib. Lakin Şiller deyib ki, o, təklifi dərhal rədd edib. Telekanal Şillerin ifadəsinə dinləmələrdə iştirak edən üç mənbəyə istinadən yer verir.

Keçmiş cangüdənin bildirdiyinə görə, o, Trampın nömrəsinə fahişələr göndərmək təklifini zarafat kimi qarşılayıb və deyib: “Biz belə işlərlə məşğul olmuruq”. Mənbələrin dediyinə əsasən Şiller bu əhvalatı Tramp barədə Böyük Britaniya kəşfiyyatı MI6-nın keçmiş xüsusi agenti Kristofer Stilin hazırladığı və ABŞ-dakı prezident seçkilərindən az sonra mətbuata sızdırılan qalmaqallı dosyedəki məqamları şərh edərkən danışıb.

Həmin dosyedə göstərilir ki, Donald Tramp Moskvada “Kainat gözəli” müsabiqəsinin keçirilməsi zamanı “Ritz Carlton” otelinin prezident nömrəsində rus fahişələrlə əylənib. Hansı ki, həmin nömrədə Moskvaya səfəri zamanı prezident Barak Obama gecələmişdi. İddiaya görə Trampın Obamadan o qədər zəhləsi gedirdi ki, o, iki fahişəyə Obama və xanımının yatdığı çarpayıya təbii ehtiyacını ödəməyi sifariş verib. Habelə bildirilirdi ki, Rusiya kəşfiyyatı Trampın oteldə fahişələrlə əylənərkən görüntülərini gizli kamera ilə çəkib. Tramp bu dosyedə yer alan iddiaları rədd edib, ABŞ kəşfiyyatı dosyedə yer alan iddiaları təsdiqləyəcək dəlillərə malik olmadığını açıqlayıb.

Keçmiş mühafizəçi danışıb ki, o, elə həmin gün rusların qadın təklifini nömrəyə qayıdanda Trampla müzakirə edib. Şillerin dediyinə görə Tramp təklifə gülüb. Bununla belə keçmiş mühafizəçi etiraf edib ki, o, bütün gecəni Trampın qaldığı nömrənin qarşısında növbə çəkməyib və nəticədə içəridə nə baş verdiyini təfərrüatları ilə bilmir. Ancaq Şiller qeyd edib ki, o və Tramp “Ritz Carlton” otelinin prezident nömrəsində gizli kameraların quraşdırılmasından həmişə ehtiyat edirdilər.

Kəşfiyyat komitəsinin üzvləri Trampın keçmiş cangüdənini dörd saat sorğu-suala tutublar. Onlar 2016-cı ilin iyun ayında Nyu-Yorkdakı “Trump Tower”də Donald Trampın oğlu və rusiyalı vəkil Natalya Veselnitskayanın iştirakı ilə baş tutmuş görüş barədə suallar veriblər. Keçmiş mühafizəçi etiraf edib ki, bu görüşdən yadında çox az şey qalıb.

Onu da qeyd edək ki, sözü gedən məqalədə virtualaz.org qeyd edir ki, Nyu-York polisinin keçmiş zabiti Keyt Şiller 2004-cü ildən Trampın təhlükəsizlik xidmətinə rəhbərlik edib. 2017-ci ilin yanvarından sentyabr ayına qədər isə Ağ evdə prezidentin mühafizə xidmətinə cavabdeh olub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR