18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Putindən Trampa ZƏRBƏ
2016-cı ilin yayında Amerika xüsusi xidmət orqanları Rusiya ilə bağlı əhəmiyyətli məlumatlar toplayıblar.
Bu haqda kəşfiyyat məlumatları ilə tanış olan 4 mənbə "The New York Times" nəşrinə bildiriblər.
Onlardan biri istefaya çıxan keçmiş məmurdur, digərləri isə hazırda işləyirlər.
Əldə olunan kəşfiyyat məlumatlarına görə, Rusiya xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşları və siyasətçiləri məsləhətçiləri vasitəsilə Donald Trampa təsir göstərmək yollarını müzakirə edirdilər. Xüsusi xidmət orqanlarının məlumatına görə, danışıqlarda xüsusi olaraq Manafort Pol (o zaman Trampın seçki qərargahının başçısı idi –red.) və gələcək prezidentin qısamüddətli milli təhlükəsizlik məsləhətçisi işləyən Maykl Flinndən söhbət gedirdi.
ABŞ kəşfiyyatı iddia edir ki, hər iki şəxs Rusiyanın rəsmi şəxsləri ilə vasitəli əlaqələrə malik idilər. Rusiyalılar da, öz növbəsində, əmin idilər ki, Trampın Rusiya haqqında fikrini formalaşdırmağa kömək etmək üçün seçkiqabağı kampaniyasının hər iki üzvündən istifadə edə bilərlər.
Nəşr yazıb ki, xüsusi xidmət orqanlarının topladığı informasiya kifayət qədər etibarlı hesab olunur. Məlumatlar Rusiya ilə ABŞ prezidentinin ehtimal edilən əlaqələri haqqında araşdırmaya başlayan Federal Təhqiqatlar Bürosuna (FTB) veriləcək.
Lakin Ağ Ev və FTB informasiyanı şərh etməkdən imtina ediblər. Manafort Pol və Mayklın nümayəndələri də həmçinin nəşrin sorğularına cavab verməyiblər.
Daha əvvəl CNN telekanalı bildirib ki, Rusiya ABŞ-dakı seçkilərinə müdaxilə üçün Trampın məsləhətçilərindən istifadə edə bilərdi. Bu həftə isə Maykl Flinn prezident seçkilərinə Rusiyanın ehtimal edilən müdaxilənin araşdırılması çərçivəsində ifadə verməkdən imtina edib.
Ötən həftə isə mənbələrə istinadən "Röyters" agentliyi Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri olan Viktor Medvedçukun seçkiqabağı kampaniya zamanı Donald Trampın qərargahı ilə gizli danışıqlar apardığını yazıb.
Emtv.az