18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır
Fransada polisin "sarı jiletlilər"ə qarşı ehtimal olunan ifrat güc tətbiqi halları ilə bağlı 116 cinayət işi açılıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, işlərin azı 36-sı polisin rezin güllə və qumbara atan xüsusi LBD cihazlarından istifadə etməsi, bir neçəsi də nümayişçilərə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlıdır.
Xatırladaq ki, yanvarın 26-da Parisin Bastili meydanında baş verən polislə qarşıdurma zamanı "sarı jiletlilər"in qeyri-rəsmi lideri Erik Druenin silahdaşlarından olan Jerom Rodriges baş nahiyəsindən xəsarət almışdı.
Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes isə asayiş keşikçilərinə dair hüquq müdafiəçilərinin tənqidlərini şərh edərkən bildirib: "Polis etirazçılara hücum etməz, əksinə, onları qoruyar, radikalların törətdiyi zorakılığa son qoymaq üçün əlindən gələni edər".
Qeyd edək ki, bu gün Fransanın bir çox iri şəhərlərində "sarı jiletlilər" daha əvvəl polislə toqquşmalarda zərər çəkənlərlə həmrəylik yürüşləri keçirməyi nəzərdə tuturlar.
Nəzrin Abbaszadə
Emtv.az