18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Paris hələ də qaynayır: son 50 ilin ən böyük qiyamı, 133 yaralı
Fransada son 50 ilin ən böyük kütləvi iğtişaşları və küçə aksiyaları yaşanıb. Aksiyalar hələ də səngimək bilmir.
Yanacaq tariflərinin artırılmasına və vergi qanunvericiliyinə edilən dəyişikliklərə etraz edən on minlərlə fransalı "sarı jiletlilər" ("gilets jaunes") aksiyalarına başlamışdılar.
Emtv.az Daily Mail-ə istinadən bildirir ki, aksiyalarda polislə toqquşmalarda indiyədək minlərlə avtomobil yandırılıb, 133 nəfər yaralanıb.
Fransanın hakimiyyət dairələri kütləvi iğtişaşların qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqin mümkünlüyünü nəzərdən keçirir.
Bunu Fransa hökumətinin təmsilçisi Bencamin Qrivo deyib: "Prezident, baş nazir və daxili işlər naziri məsələ ilə bağlı müzakirələr aparırlar".
"Sarı jiletlər"in aksiyalarının miqyası şənbə və bazar günlərində Parisdə misli görünməmiş miqyas alıb.
Paris prefekturasının rəsmi açıqlamasına görə, toqquşmalarda 133 nəfər yaralanıb. Onların 23-ü polis əməkdaşlarıdır. 270 nəfər həbs olunub.
Fransa telekanallarının yaydıqlarına görə, kütləvi iğtişaşların və toqquşmaların təşkilatçıları "sarı jiletlilər"in sıralarındakı ifrat sağçılar və radikal solçulardır.
Aksiyanın "sarı jiletlilər" adlanmasının səbəbi nümayişçilərin əyinlərində sarı jilet olmasıdır. Fransada yük maşınlarının bütün sürücüləri sükan arxasında olarkən mütləq bu jileti geyinməlidir.
Fransa hökumətinin qərarına görə, 2019-cu lin əvvəlindən etibarən ölkədə yanacağa tətbiq olunan vergilər artacaq. Halbuki Fransada ən çox istifadə olunan yanacaq növü dizelin qiyməti ilin əvvəlindən bəri 23 faiz artıb. İndi Fransada 1 litr dizel yanacağı 1,51 avrodan satılır.
Rəsmi Paris yanacaq vergisini ekoloji təmiz energetikanın inkişafını dəstəkləmək üçün artırır. Lakin sıravi fransızlar hesab edirlər ki, bunun əsl səbəbi biznes və investorlar üçün vergi güzəştlərinin edilməsi nəticəsində büdcədə yaranmış "dəlik"ləri ört-basdır etmək üçündür.
Aysu Aliyeva
Emtv.az
Paylaş.