18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Makron ona qarşı etiraz edənləri “quldur” adlandırdı
Fransa prezidenti Emmanuel Makron ölkədə iki həftədir davam edən yanacaq qiymətlərinin artırılmasına etiraz edən “sarı jiletlilər”lə bağlı açıqlama verib.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Emmanuel Makron yanacaq və qaz qiymətlərinin əsas olaraq Rusiya, İran və Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edildiyi, əsl reallığın da elə bundan ibarət olduğunu söyləyib.
“Vətəndaşlaırn istəklərini quldurlarınkı ilə qarışdırmaq istəməzdim. İğtişaş və zorakılıq istəyənlər qarşısında geri çəkilməyəcəyəm. Respublika həm də ictimai qayda-qanunun qorunmasını tələb edir”,-deyə Fransa prezidenti bildirib.
Yanacağa gətirilən əlavə vergilərin Ekologiya nazirliyinə veriləcəyini deyən Makron bunun zəruri olduğunu vurğulayıb: “Çirkli hava ildə 48 min şəxsin ölümünə səbəb olur. Bu rəqəm Fransada bütün cinayətlərdən, boğulmalardan, məişət qəzalarından gələn ölüm hadisələrini belə üstələyir”.
Makronun fikrincə, ekoloji problemlər ölkə üçün həyati önəm kəsb edir. Onun sözlərinə görə, sosial problemlər dilə gətirilərkən ekoloji məsələlər arxa plana keçə bilməz.
Fransa prezidentinin quldur adlandırdığı sarı jiletlilər isə vergilərin azaldımasını, habelə ekologiya problemlərini müzakirə etmək üçün “Vətəndaş məclisi”nin yaradılmasını, habelə təkliflərinin referenduma götürülməsini tələb ediblər.
Xatırladaq ki, iki həftədir davam edən hadisələrdə on minlərlə edib. Keçən həftənin şənbə günündə isə Parisin mərkəzində 100 min şəxsin iştirakı ilə mitinq keçirilib.
Həmin gün polislə nümayişçilər arasında toqquşma zamanı yüzlərlə şəxs yaralanmışdı.
Seymur Rəhimov,
Emtv.az
Musavat.com