18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Fransada ara qarışdı: Etirazçılarla polis arasında qarşıdurma
Fransa paytaxtının mərkəzində polislə etirazçılar arasında toqquşma baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, “Sarı jiletlər” adlı hərəkat Paris şəhərində kütləvi etiraz aksiyaları keçirir. Yanacağın qiymətinin bahalaşmasına qarşı çıxan etirazçılar Prezident Emmanuel Makronun istefasını tələb ediblər.
Polis etiraz aksiyaları üçün bağlı olan “Həmrəylik” meydanına yaxınlaşan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Nümayişlər səbəbindən Paris metrosunun 7 mərkəzi stansiyası və Eyfel qülləsi bağlanıb.
Qeyd edək ki, Fransada yanvarın 1-dən etibarən benzinin litrinin qiyməti 2,9 avrosent, dizel yanacağının litrinin qiyməti isə 6,5 avrosent artırılacaq. Bununla yanaşı, təkcə bu il dizel yanacağının qiyməti təxminən 23 faiz, benzinin qiyməti isə 15 faiz bahalaşmışdı.
Aynurə Kərimova,
Emtv.az
Paylaş.