18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Sarı jiletlilər"lin liderini şikəst etdilər
Fransanı həftələrdən bəri lərzəyə salan "sarı jiletlilər" etiraz aksiyasının banilərindən və liderlərindən biri Jerom Rodriges Parisdəki aksiyada ağır yaralanıb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Bastiliya səmtindəki qarşıdurmada polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
BFMTV-nin məlumatınea görə, aksiya zamanı 42 nəfər tutulub.
"Sarı jiletlilər"in lideri Erik Druenin "sağ əli" sayılan Jerom Rodrigesi polislər xüsusi amansızlıqla döyüblər. Onun sağ gözü görmə qabiliyyətini tam itirə bilər.
Fransada "sarı jiletlilər"in aksiyaları ötən ilin noyabrın 17-də başlanıb. Aksiya iştirakçıları yanacaq vergisinin artırılmamasını, benzinin bahalaşdırılmamasını tələb edirlər.
Nəzrin Abbaszadə
Emtv.az