16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
20:32 - Regionlarda “Azərbaycan Sosial Dovlətə Doğru” Layihəsinin İctimai Müzakirəsi Davam Edi-Fotolar
20:12 - Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı - Fotolar
Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir
Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.
O qeyd edib ki, bəzi hallarda tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə atmaqda davam edirlər:"Əslində tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar. Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur".
Şöbə müdiri deyib ki, Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün çirkləndiriciləri tez bir zamanda tullantı sularının təmizlənməsi üçün çox sadə, müasir standartlara cavab verən, quraşdırılması və idarə olunması asan olan, eyni zamanda maliyyə cəhətdən sərfəli modul və stasionar qurğular quraşdırmağa çağırırıq: "Mütəxəssislərimiz tərəfindən tullantı sularının idarə olunmasının icra prosesinə nəzarət ediləcək.Bu gün KİV vasitəsilə çirkləndiricilərə bir daha çağırış və tövsiyə edirik ki, tezliklə bu qurğulardan quraşdırsınlar. Sonra deməsinlər ki, eşitmədik, bilmədik. Hər bir fiziki və hüquqi şəxs problemin vacibliyini və aktuallığını başa düşməli, Nazirlik tərəfindən verilən xəbərdarlığın müddəti başa çatanadək tədbir görməlidir".
Nəzrin Abbaszadə
Emtv.az