20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
Bu rayonlar çirklənməyə məruz qalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağının ekoloji vəziyyətini açıqlayıb.
Emtv.az xəbər verir ki, məlumatda Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axar Qudyalçaydır. Rayon ərazisində çayın çirklənməsinin əsas səbəbləri Bioloji Təmizləyici Qurğunun (BTQ) istismara yararsız vəziyyətdə olması və nəticədə Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulması, çayın sahil xətti boyunca yerləşən yaşayış məntəqələrində və Xaçmaz şəhərində formalaşan tullantı suların təmizlənmədən sözügedən təbii axara axıdılmasıdır. Xaçmaz rayonunda formalaşan bərk və məişət tullantılarının idarə edilməsi qeyri-qənaətbəxşdir. Analoji hal rayonun istirahət sahələrini əhatə edən Nabran və Müqtədir ərazilərində də qeydə alınıb.
Şabran rayonu Respublikanın şimal hissəsində, Xəzər dənizinin qərb sahilində yerləşir. Rayonda əsas ekoloji problem təmizləyici qurğuların olmaması və formalaşan tullantı suların təbii axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılmasıdır. Monitorinq zamanı məlum olub ki, Dəvəçiçay, Şabrançay və Samur-Abşeron kanalının ətraf ərazilərində salınmış yaşayış sahələrində, eyni zamanda bəzi kiçik müəssisələrdə formalaşan tullantı suları idarə edilmir. Bərk və məişət tullantıları da idarə edilmədiyindən çay və kanalətrafı əraziyə atılaraq yandirılır.
Siyəzən rayonunun ərazisi 700 km2, əhalisinin sayı 40500 nəfərdir. Rayon ərazisindən keçərək Xəzər dənizinə tökülən Ataçay və Gilgilçay çirklənməyə məruz qalan təbii axarlardır. Bu çaylar həmçinin suvarma məqsədləri üçün də yararlıdır. Rayonda yerləşən mal-qara kəsim sexində keçirilən monitorinq zamanı ekoloji pozuntu halı aşkarlanıb. Bunun nəticəsində həmin ərazidə ufunətli iy və antisanitar vəziyyət höküm sürür.