SON DƏQİQƏ

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR

20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar

20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Nazirlik məşhur restoranların bağlanılması üçün məhkəməyə müraciət edib - SİYAHI

22-11-2018, 13:22 | Oxunub: 17 620 |

Nazirlik məşhur restoranların bağlanılması üçün məhkəməyə müraciət edib - SİYAHI
Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, bu günə qədər yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, bunu report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib.

O bildirib ki, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır: "20 iaşə obyektinin - "Yeddi Gözəl", "Sonalar sonası", "Gilavar", "Oazis", "Çanaqqala", "Şahzadə", "Şəlalə", "Meqa Palas", "Kəndimiz", "Çıraq", "Qabırğa" və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda daha 15 iaşə obyektinin -"Topqapı", "Ankara", "Mübarək", "Eliza", "Cratos Hall", "Qızıl balıq", "Şır-şır", "Meşəbəyi" və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. Həmin iaşə obyektlərinin sahiblərinin diqqətinə çatdırmaq istərdik ki, məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılaca obyektlərin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan və tez olmayacaq.

Onların fəaliyyətlərinin bərpasına nazirlik tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək".

Mütəxəssis qeyd edib ki, müvafiq təmizləyici qurğunun quraşdırılması məqsədilə müqavilə bağlayan, lakin ötən xeyli müddət ərzində bu istiqamətdə heç bir iş görməyən, atmosferi çirkləndirməkdə davam edərək əhalinin haqlı narazılığına səbəb olan obyektlər barəsində də cərimə tətbiq edilməklə yanaşı, onların fəaliyyətlərinin dayandırılması, daha ciddi cəza tədbirləri görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsadət qaldırılacaq.

Aysu Aliyeva
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR