SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İş adamı Sahib İbrahimov zərərçəkmişlərlə barışıb - yalnız bir nəfər...

31-01-2019, 14:05 | Oxunub: 15 490 |

İş adamı Sahib İbrahimov zərərçəkmişlərlə barışıb - yalnız bir nəfər...

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb.

Onun cinayət işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində zərərçəkmiş Elşad Qəmbərov ifadə verib.

2007-ci ildə ev aldığını deyən zərərçəkmiş bildirib ki, sonradan evinin başqa şəxsə satılmasını öyrənib:

"Məni prokurorluğa dəvət elədilər. Orada dedilər ki, üçün başqasına da satılıb. Ancaq həmin vaxta qədər bundan məlumatsız idim. Məni heç vaxt, heç kim narahat da etməyib. Bu günə qədər də həmin evdə yaşayıram. Heç kimdən də şikayət və tələbin yoxdur".

Prosesdə Həlimə Ocaqverdiyeva da zərərçəkmiş şəxs qismində dindirilib.

Ocaqverdiyeva qeyd edib ki, evi mərhum Məzahir Səfərovdan alıb. Sonradan problem olduğunu bilib və evi satıb:"Söz-söhbətlər olduğuna görə satdım. Sonra isə saydığın adam dedi ki, ev başqasına da satılıb. İndi problem həll edilib və şikayətim yoxdur".

Zərərçəkmişlərdən Fidan Almazov da ifadəsində sonradan evinin başqa şəxsə satıldığını eşitdiyini deyib: "2007-ci ildən aldığımız evdə yaşayırıq. Sonra öyrəndik ki, ev başqasına da satılıb. Amma bizi heç vaxt narahat etməyib. Evimizin Etibar Allahverdiyevə satıldığını bilirəm. Əvvəlcə zərər ödənilib deyilirdi. İndi baxıram ki, həmin adam şikayətçidir. İstəyərdim ki, onun zərəri ödənilsin və sonra da bizə problem olmasın. Mən də şikayətimi geri götürüm".

Zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani Imanov zərərçəkmiş Fidan Almazavodan evi neçiyə aldığını deyib. Zərərçəkmiş evi 57500 manata aldığını deyib

Xəqani İmanov isə eyni evi 10 gün sonra 82 min dollara aldıqlarını deyib. Hazırda İbrahimovdan şikayətçi yalnız odur.

Məhkəmədə digər zərərçəkmişlər də ifadə verib. Onlar təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.

Növbəti məhkəmə prosesi fevralın 6-na təyin edilib.

Xatırladaq ki, adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə də dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.

Ev dustaqlığında olan S.Ibrahimov barəsindş cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.

İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri ayrı-ayrı müştərilərə təkrarən satıb.

Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR