18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
BP-nin regional prezidenti "Şahdəniz 2" çərçivəsində işlər barəsində
BP “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ikinci klasterin dörd quyusunun istifadəyə verilməsi ilə bağlı iş aparır.
Emtv.az xəbər verir ki, bunu “Energy Intelligence” nəşrinə müsahibəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons deyib.
Onun sözlərinə görə, artıq birinci klaster üçün dörd buruq gətirilib ki, bu da qaz hasilatını 16 milyard kubmetrədək artırmağa imkan verəcək:“Şahdəniz” yatağında ilkin hasilat həcmi ildə təxminən 10 milyard kubmetr təşkil edirdi. “Şahdəniz 2” dörd klasterlə tam istifadəyə verildikdən sonra biz əlavə 16 milyard kubmetr qaz əldə edəcəyik. Yekunda qaz hasilatı ildə 26 milyard kubmetr təşkil edəcək və bunlardan 10 milyard kubmetri Avropaya nəql ediləcək”.
O qeyd edib ki, BP Türkiyəyə qaz ixracatını da artırmaq niyyətindədir.
Q.Cons əlavə edib ki, 2020-ci ildə “Şahdəniz” yatağının işlənməsinin üçüncü mərhələsi çərçivəsində qazma işləri aparılacaq:“Bu, qaz hasilatının artırılması üçün yeni imkanlar yaradacaq”.
Zərifə Ələkbərova
Emtv.az