18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Smartfondan çox istifadə psixi pozuntu əlaməti ola bilər
Birləşmiş Ştatların Virciniya Universitetinin alimlərinin qənaətinə görə, smartfondan çox istifadə psixi pozuntu əlaməti ola bilər. İnsanın "ağıllı telefon"dan həddindən artıq istifadə etməsi onun psixikasında qeyri-sabitliyin göstəricisi sayılır. Bu kontekstdə diqqət və hiperaktivliyin yetməzliyi sindromu önə çıxır.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar smartfon istifadəçisi olan gənclərin üç qrupunun üzərində eksperiment aparıblar. Alimlər onları telefonlarını vibrasiya, səssiz və tam səsli rejimlərdə istifadə edənlərə bölüblər. Bir neçə həftədən sonra məlum olub ki, tez-tez telefonu ilə məşğul olanlarda diqqət və hiperaktivlik yetməzliyi özünü daha çox büruzə verir.
Daha bir eksperiment Vankuverdəki elm muzeyində uşaq və valideynlərin iştirakı ilə keçirilib. Onların bir hissəsi alimlərin xahişi ilə ekskursiya zamanı telefonlardan tez-tez, digərləri isə az istifadə etməli olublar. Nəticədə smartfondan çox istifadə edənlər ekskursiyadan sonra bəyan ediblər ki, onlar üçün muzeydə keçirdikləri vaxt yaddaqalan olmayıb.
Alimlər hesab edirlər ki, smartfonun insanları birləşdirmək üzrə əsas funksiyası itmək üzrədir. İndi mobil cihaz sosial təcridolunmaya və psixi pozuntuların inkişafına səbəb olur. "İnsanlar informasiya üçün smartfona nə qədər çox müraciət edirsə, tanış olmayan adamlara, qonşularına, digər dinlər və millətlərin nümayəndələrinə bir o qədər az etibar edirlər",-deyə alimlər vurğulayır.
Nəzrin Abbaszadə
Emtv.az