18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Telefon və internet asılılığı beyni necə dəyişir?
Cənubi Koreyanın bir qrup alimi asılılığın iki yeni formasını – telefon və internet aludəçiliyini araşdırıb.
Novator.az-ın məlumatına görə, alimlərin bir neçə il ərzində apardığı tədqiqat göstərib ki, belə asılılığa düçar olanların bəzisinin davranışında narkomanlara xas dəyişiklər baş verir. Belə ki, “telefon narkomaniyası” əsl narkomanlarda olduğu kimi beynin kimyəvi balansını, iş tərzini dəyişir.
Alimlərin fikrincə, telefon və internet asılılığına düçar olanlar əsasən öz arzularına hakim durmaqda çətinlik çəkən impulsiv insanlardır. İmpulsivlik içki düşkünlərinə və narkomanlara da xasdır.
Alimlər narkomanların və alkoqol asılılığı olan adamların əsəb sistemində və beyin fəaliyyətində baş verən dəyişikliyin “rəqəmsal”asılılıqdan əziyyət çəkən insanlarda da baş verib-vermədiyini öyrənmək üçün belə bir eksperiment aparıblar. 20 nəfər yeniyetmədən ibarət iki qrup toplanıb. Qrupun yarısı “rəqəmsal” asılılıq diaqnozu qoyulmuş gənclər olub. Alimlər beynin müxtəlif hissələrinin kimyəvi tərkibini müəyyən etmək qabiliyyətinə malik maqnit-rezonans tomoqrafiyasıdan istifadə edərək yeniyetmələrin əsəb sistemini araşdırıblar. Nəticə göstərib ki, həqiqətən də telefon və ya internet asılılığı beyində kimyəvi dəyişiklik yaradır. Ən ciddi pozuntu beynin impulsiv davranışa və narahatlıq duyğusuna cavabdeh hissəsində baş verir.
Emtv.az