18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Putin niyə mobil telefon istifadə etmir? – Peskov açıqladı
Rusiya prezidenti Vladimir Putin mobil telefondan istifadə etmir, çünki bu həddən artıq açıqlıq nəzərdə tutur.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu haqda Putinin mətbuat katibi Dmitri Peskov “Rossia 24” telekanalının efirində deyib.
Peskovun sözlərinə görə, smartfondan istifadə “könüllü eksqibitsionizmdir, tam şəffaflıqdır”. Belə ki, əlinə smartfon alan istifadəçi bəribaşdan ona razılıq vermiş olur ki, özü barəsində hər şeyi hər kəsə göstərməyə hazırdır.
“Ona görə də bu prezidentdə olmalı deyil, xüsusən də Rusiya kimi ölkənin prezidentində. Və üstəlik Putin kimi prezidentdə”-Peskov deyib. Əlavə edib ki, qapalı hökumət rabitəsi üçün istifadə olunan köhnə telefonlar bütün smartfonlardan çox yaşayacaq.
Peskov Putin üçün informasiyaların necə hazırlandığı haqda da danışıb. Onun sözlərinə görə hələ də bu məqsədlə çap kağızlarından ibarət qovluqlardan, kağız xülasələrdən və elektron daşıyıcılarda televiziya xülasələrindən istifadə olunur. “Amma prezident özü də kompüterdə internetə, ənənəvi olaraq televizora da baxa bilər”-Peskov deyib.
Aynurə Kərimova,
Emtv.az