SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Əliyevin Paşinyana Davosda qoyduğu BİRMƏNALI ŞƏRT

24-01-2019, 11:41 | Oxunub: 11 258 |

Əliyevin Paşinyana Davosda qoyduğu BİRMƏNALI ŞƏRT

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşün detalları ilə bağlı danışarkən bildirib ki, tərəflər arasında Dağlıq Qarabağ məsələsinin həllinə dair detallı müzakirələr aparılmayıb.

Emtv.az xəbər verir ki, Politoloq Qabil Hüseynli isə yerli mətbuata açıqlamasında bildirib ki, Paşinyan açıqlamasında sona qədər səmimi deyil.

O, feysbuk səhifəsində belə yazıb ki, cənab İlham Əliyevlə Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirə aparmayıb. Lakin politoloq haqlı olaraq belə bir sual qoyur: bu gün Azərbaycan təcavüzkar Ermənistanın baş naziri ilə Dağlıq Qarabağdan başqa hansı mövzularda danışa bilər?

Əliyevin Paşinyana Davosda qoyduğu BİRMƏNALI ŞƏRT

“Normal məntiq Paşinyanın bu iddiasını alt-üst edir. Deyirlər ki, iki liderin görüşü tanışlıq və qarşılıqlı etimad mühitinin yaradılması zərurətilə təşkil edilib. Əvvəla, İlham Əliyev artıq Paşinyanla MDB dövlət başçılarının sammiti çərçivəsində Düşənbədə görüşüb. Paşinyan bu görüşdən sonra öz feysbuk səhifəsində İlham Əliyev haqqında tərifli ifadələrlə onun bacarıqlı və savadlı siyasətçi olduğunu yazıb. Daha sonra Sankt-Peterburqda da zirvə çərçivəsində iki lider bir araya gəlmişdi. Demək olar ki, tanışlıq prosesini bu iki görüşdə, ən azından başa çatdırmaq olardı. Yəni tərəflər bir-birini tanıdılar, bir-birini mədəni-intellektual və digər keyfiyyətlərinə bələd oldular. Bundan sonra tərəflər arasında hər hansı bir baryer olmaması gərəkdir. Artıq deyə bilərik ki, liderlər Davosda tanışlıq səviyyəsində deyil, daha ciddi məsələlər üzərində görüşmək üçün bir araya gəliblər.

Güman edirəm ki, bu görüşdə Rusiyanın Dağlıq Qarabağ problemi ilə bağlı vasitəçilik səyləri müzakirə edilib. Çünki bu dəqiqə meydanda olan “Lavrov planı” - Kazan görüşündə əldə edilmiş 5 rayonun qaytarılmasına dair razılıqla, hətta Sankt-Peterburqdakı görüşlə bağlı da müxtəlif fikirlər səsləndirilir. Rusiya mətbuatı da iddia edir ki, 5 rayonun Azərbaycana qaytarılması Rusiyanın qəti və birmənalı mövqeyidir və bunu İrəvandan tələb edəcək. Amma ruslar 5 rayon məsələsinin quyruğuna Azərbaycan üçün məqbul sayılmayan Dağlıq Qarabağa bəlli bir status verilməsi kimi şübhəli fikir qoşurlar. Bu fikir son nəticədə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına qədər gedib çıxa biləcək həllin ortada olduğunu düşünməyə əsas verir. Amma hər halda, tərəflərin indiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşləri keçirildisə, bu gün tərəflərin birbaşa təşəbbüsü ilə, ciddi diplomatik səylər olmadan baş tutur.

Mütləqdir ki, Davos görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı fikir mübadiləsi aparılıb. 25 ildən artıqdır ki, danışıqlar prosesi gedir və bu prosesdə müəyyən nəticələr də var. Söhbət sülh sazişinin ayrı-ayrı elementləri barədə razılaşdırılmış məsələlərdən gedir. Bunun müzakirəsinə də təkrarən qayıdılmasına ehtiyac yoxdur. Burada razılaşmanın ayrı-ayrı detallarından söhbət gedir. Düşünürəm ki, saatyarımlıq görüşdə ötəri də olsa, bu məsələyə nəzər salınıb. Bundan başqa, güman edirəm ki, gündəlikdə olan həll variantları da, detallı şəkildə olmasa da, müəyyən fikir mübadiləsi aparılaraq nəzərdən keçirilə bilər. Çünki bu gün ortada bir “Lavrov planı” var, bir də ABŞ-ın tərtib etdiyi fikirlər toplusu var. Bu toplu Amerika Dövlət Departamentinin o qədər də yüksək səlahiyyətə malik olmayan rəsmisi tərəfindən diqqətə çatdırılıb. Burada nəzərdə tutulur ki, tərəflər sülh yolu ilə problemin həllinə sadiqliyini nümayiş etdirərək ilk mərhələdə qeyd-şərt olmadan Azərbaycanın işğal olunmuş 7 rayonu azad edilməlidir. Bunun müqabilində Ermənistan ətrafında yaradılmış blokada Azərbaycan və Türkiyə tərəfindən qaldırılmalıdır. Kommunikasiya vasitələri açılmalı, dəmiryolu və şoselər fəaliyyətə başlamalıdır. Normal gediş-gəliş təmin olunmalıdır. Türkiyə də Ermənistanla diplomatik münasibətləri bərpa etməlidir. Amma Dağlıq Qarabağın statusu barədə burada hər hansı şərt yoxdur. Sadəcə olaraq, qeyd edilir ki, Qarabağın statusunun müzakirəsi sonraya saxlanılır. Ona qədər reabilitasiya və qaçqınların geri qaytarılması prosesi həyata keçirilsin. Yəni Rusiya özünün 5 rayon variantına konseptual görüntü verməyə çalışsa da, Amerika bunu təklif kimi irəli sürsə belə, özünün pozitivliyi və beynəlxalq hüquq normalarına uyğunluğu çərçivəsindən diqqət çəkir.

İndi tam əminliklə deyə bilmərəm ki, Davos görüşündə bu həll təklifləri gündəmə gəlsin. Ən azından, Rusiyanın bölgədə böyük təsirini nəzərə alaraq onun irəli sürdüyü varianta nəzər salındığını söyləmək mümkündür. Çünki bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi Ermənistanınkından fərqlənir. Hətta Rusiyanın mövqeyindən də fərqlənir. Ona görə də düşünürəm ki, Azərbaycan torpaqlarının ilk mərhələdə ən azından 7 rayonunun işğaldan azad edilməsi tələb olunub. Lakin Qarabağın statusu məsələsində Azərbaycan hər hansı kompromisə getmək barədə heç zaman zərrə qədər güzəştə getməyəcəyini bəyan edib. Bu statusun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi də dönə-dönə vurğulanıb. İndi əlbəttə, dediyim məsələlərin hamısı üçün ekspertlər səviyyəsində, xarici işlər nazirləri səviyyəsində geniş danışıqlar prosesinin başladılması tələb edilsə də, indiyə qədər aparılmış danışıqların üstündən xətt çəkmək düzgün olmaz. Bu nöqteyi-nəzərdən, zənnimcə, saat yarımlıq Davos görüşü Rusiyanın irəli sürdüyü “Lavrov planı” əsasında fikir mübadiləsi ilə bağlı ola bilər”.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR