18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Çavuşoğlu və Lavrov Qarabağ münaqişəsini müzakirə etdilər
“Türkiyə və Rusiyanın XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər”.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.
“Bir çox – Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna, Dağlıq Qarabağ və s. münaqişələrin sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti analoji mövqelərdən nəzərdən keçirdik”, – S.Lavrov deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin ölkəsinə qarşı sanksiyalara qoşulmamasını da alqışlayıb.
Qeyd edək ki, görüş zamanı tərəflər Rusiya və Türkiyə arasında qarşılıqlı viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə ediblər.
Eyni zamanda, nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, o cümlədən İdlib ətrafındakı vəziyyət də daxil olmaqla, Suriyanı nəzərdən keçiriblər.
Aysu Əliyeva,
Emtv.az
Paylaş: