17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Dünyanın ən bahalı brendi məlum olub
"Brand Finance" məsləhətçi şirkətinin dünyanın ən bahalı brendlərinin illik reytinqində ikinci dəfədir ilk yeri "Amazon" şirkəti tutub.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə şirkətin brandı 187,9 milyard ABŞ dolları məbləğində qiymətləndirilib, yəni əvvəlki ilə nisbətən "Amazon" 25 faiz bahalaşıb.
İkinci yerdə qərarlaşan "Apple" şirkətinin brendi il ərzində 5 faiz bahalaşaraq 153,6 milyard dollar, üçüncü yerdəki "Google" brendi 18 faiz bahalaşaraq 142,7 milyard dollar, dördüncü yerdəki "Microsoft" 47 faiz (!) bahalaşaraq 119,5 milyard dollar, beşinci yerdəki "Samsung" isə 1 faiz ucuzlaşaraq 91,2 milyard dollar məbləğində qiymətləndirilib.
Həmçinin ən uğurlu brend menecer qismində "Amazon" şirkətinin təsisçisi Ceff Bezos tanınıb. Bununla yanaşı, Bezosun boşanmasının həm özünün, həm də şirkətin brendinə mənfi təsir edə biləcəyi də qeyd olunur.
Nəzrin Abbaszadə
Emtv.az