17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Samsung” ilk dəfə olaraq “Apple”ı geridə qoydu
Cənubi Koreyanın “Samsung” şirkəti ilk dəfə olaraq rüblük gəlir sahəsində ABŞ-ın “Apple” korporasiyasını ötüb.
Emtv.az-ın lent.az-a istinadən xəbərinə görə, aprel-iyun aylarında “Samsung”un xalis mənfəəti 89% artaraq 11,05 trilyon Cənubi Koreya vonu (9,9 milyard ABŞ dolları) təşkil edib. Gəlirlərin artması “Galaxy S8” smartfonlarının güclü satışı və “Samsung”un istehsal etdiyi yaddaş çiplərinin qiymətinin yüksəlməsi ilə əlaqədardır.
“Apple” isə aprel-iyun dönəmində gəlirini və xalis mənfəətini artırsa da, “Samsung”un gerisində qalıb. Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 45,4 milyard dollara yüksəlib. Xalis mənfəət ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 8,7 milyard dollara çatıb.
Beləliklə, 9,9 milyard dollarlıq xalis mənfəəti ilə "Samsung" bu sahədə 1-ci olub.
Emtv.az