SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycana dərman keçirmək istədi, saxlanıldı

10-01-2019, 13:03 | Oxunub: 8 116 |

Azərbaycana dərman keçirmək istədi, saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Emtv.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətini "Yaşıl dəhliz" buraxılış sistemi vasitəsilə keçərkən saxlanılıb və "Qırmızı dəhliz"ə yönləndirilərək ona məxsus çantalara rentgen aparatı ilə baxış keçirilib.

Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan çamadanlar yoxlanılıb və vətəndaşa məxsus baqajın içərisindəki şəxsi geyim əşyaların arasından sellofan paketə bükülmüş qutuda qablaşdırılan, hər birində 10 həb olmaqla, 470 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatı və həmin dərmanlara aid boş qutular aşkarlanıb. Yoxlama zamanı həmin şəxsə məxsus digər baqajın içərisində isə hər birində 10 həb olmaqla 343 konvalyut "Novartis Femara 2.5 mg" markalı dərman preparatları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışına əsasən, tədqiqata təqdim edilmiş 1 ədəd konvalyutda ümumi 10 ədəd həb, üzərində "Novartis Femara 2,5 mg" sözləri yazılmış, sarı rəngli dairəvi formalı həblər letrozol tərkibli dərman preparatıdır və bu dərman preparatının 813 konvalyutunun qiyməti 47967 manat müəyyən edilib ki, bu da külli miqdar hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR