18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Paşinyan oyunu" hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi - Ermənistan ciddi sosial partlayış ərəfəsindədir
Ermənistan sözünün yanında hüquq və demokratiya anlayışlarının işlədilməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir.
Emtv.az xəbər verir ki, Bu barədə açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Ermənistanda dekabrın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən bildirib.
ökədə cəmisi 2 milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qurum - Mərkəzi Seçki Komissiyası 2 milyon 5 yüz mindən çox seçici müəyyənləşdirir və saxta seçici Millət vəkilinin fikrincə, Ermənistanda dekabr ayının 9-da sərgilənən kütləvi siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir: "Bunun birinci səbəbi odur ki, bu öyahısı tərtib edir.
Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayət edir. Belə vəziyyətdə, ümumiyyətlə, olmayan, yaxud, sadəcə, seçici siyahısında adı olan seçicinin hansısa fəallığından, yaxud qeyri-fəallığından danışmaq da ciddi olmaz. Ona görə də bu absurd tamaşa heç bir ciddi qiymətləndirmə meyarlarına uyğun gəlmir. Sadəcə, 2018-ci ilin aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı bir şəkildə başa çatdıraraq "küçə demokratiyası"nın liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi ki, bunu da etdilər. Baş tutan, əslində, budur.
Çünki ziddiyyətli siyasi qütblərin az qala birgə layihəsi kimi qiymətləndirilə biləcək "Paşinyan oyunu", nəhayət, fərqli siyasi maraqların müvazinətini təmin etməli və hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi.
Həqiqət isə bundan ibarətdir ki, Ermənistan sözünün yanında hüquq və demokratiya kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir. Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz. Ancaq ermənilər hazırda bunu etməyə çalışırlar. İstər dini liderin, istərsə də seperatçı rejimin və hazırkı prezidentin tələm-tələsik Paşinyanı təbrik etmələri də bununla bağlıdır".
Sevinc Əlimova
Emtv.az
Paylaş