18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Paşinyan yalnız indi seçki keçirərsə... – İsgəndəryan
Nikol Paşinyanın reytinqi maksimum həddə çatıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan deyib.
"Növbədənkənar seçkinin keçirilməsi üçün geniş sosial dəstək var. Bunu İrəvan Şəhər Şurasına keçirilən seçkinin nəticələri də sübut etdi. Əgər İrəvanın daxilindəki vəziyyəti rayonlarla müqayisəli analiz etsək, o zaman elə də böyük fərq görmərik.
Hazırda əsas problem siyasi mənsubiyyətlə bağlıdır. Respublikaçılar Partiyası kompromisə getməyə maraqlı deyil. Üstəlik, Çiçəklənən Ermənistan Partiyasıyla da hökumət problemlər yaşayacaq. Paşinyanın Şəhər Şurasına keçirilən seçkidə topladığı 82%-lik səs maksimumdur və bundan sonrakı dönəmdə onun reytinqinin artması çətin olacaq. Bu, müəyyən müddət bu cür qalacaq və sonradan azalacaq. Ona görə də doğru seçim seçkini indi keçirməkdir", - deyə o bildirib.
O, hazırda Ermənistanın partiya sisteminin bərbad vəziyyətdə olduğunu deyib:
"Çiçəklənən Ermənistan Partiyasının hansısa perspektivləri var, amma o, yetərli deyil. Çox ciddi səs toplamaq partiyalar üçün çətin olacaq. Respublikaçılar Partiyası da silkələnmək ərəfəsindədir. Bu partiya hakim olduğu üçün mövcudluğunu qoruyurdu. Parlamentdə fraksiyalar var, amma partiyalar faktiki olaraq yox olublar. İndiki şəraitdə siyasi meydanda real müxalifətin qısa zaman ərzində yaradılması qeyri-mümkündür".
Qeyd edək ki, N.Paşinyanın hazırkı reytinqindən istifadə edərək, dekabra qədər növbədənkənar seçki keçirməyə cəhd etdiyi bildirilir. Ancaq parlamentdə çoxluğa malik Respublikaçılar Partiyası bütün vasitələrlə buna mane olur.
İsmayil İsmayilov
Emtv.az