18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Fransada həyat iflic oldu - Etiraz aksiyalarına görə bir çox obyektlər işləmir
Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyası başlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd olunur ki, bugünkü etiraz aksiyaları ilə əlaqədar Fransada ümumilikdə 90 minə yaxın polis səfərbər edilib.
Paytaxt Parisdə 8 min polis əməkdaş və 12 zirehli maşın hazır vəziyyətə gətirilib.
İri şəhərlərdə ticarət mərkəzləri, muzeylər, eləcə də Eyfel qülləsi bağlanıb.
Futbol üzrə Fransa çempionatını bir neçə matçı təxirə salınıb.
Bundan əvvəl məlumat verilirdi ki, Fransada dekabrın 8-i 89 mindən artıq hüquq-mühafizə orqanlarının əməkdaşı səfərbər olunacaq.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır.
Daha sonra "Europe1" radiostansiyası məlumat verir ki, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.