SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan neft hasilatını nə qədər azaldacaq?

8-12-2018, 13:06 | Oxunub: 11 458 |

Azərbaycan neft hasilatını nə qədər azaldacaq?
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub.

Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını sutkada OPEC üzvləri 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.

Emtv.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata əsasən, dünya neft bazarının nizamlanması prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın azaldılması Sazişinə qoşulub.

Oktyabr ayında gündəlik neft hasilatı 783 min barrel olan Azərbaycan müvafiq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barrel həcmində saxlamalıdır.

Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi və neftin qiymətinin sabitləşməsi üçün OPEC+ ölkələrinin bu qərarını yüksək qiymətləndirib: “Son vaxtlar siyasi və iqtisadi amillərin təsiri ilə neftin qiyməti ucuzlaşırdı və proses davamlı xarakter alırdı. Bazarda istehsalın istehlakı üstələməsi və dünya iqtisadiyyatında zəifləmə prosesinin gələn il üçün də proqnozlaşdırılması neftin ucuzlaşmasını təmin edirdi. Neft bazarına yeganə dəstəyi ancaq OPEC+ ölkələri verə bilərdi. Bugünkü qərar neft istehsalçıları, ümumən neft bazarı və neft sənayesinin inkişafı üçün çox mühüm bir addım oldu”.

Qeyd edək ki, OPEC+ ölkələri tərəfindən gündəlik neft hasilatının 6 ay müddətinə azaldılması nəzərdə tutulub.

Xumar Rəsulova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR