18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər olub
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev muxtar respublikada məhdud fiziki imkanlı insanlara göstərilən tibbi və sosial reabilitasiya xidmətindən, müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunmasından, sağlamlıq imkanları məhdud olan insanların mənzil-məişət şəraitləri yaxşılaşdırılmasından danışıb. Həmçinin tədbirdə vurğulanıb ki, məhdud fiziki imkanlı insanlara təqaüd və sosial müavinətlər ödənilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Eyni zamanda həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib.
Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət musiqi qrupu Kəngərli rayonunda keçirilən tədbirdə iştirakçılar qarşısında konsert proqramı ilə çıxış edib.
Tədbirlərdə, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə sovqat təqdim olunub. Görüşlərdə iştirak edə bilməyən məhdud fiziki imkanlı şəxslərə evlərində baş çəkilib, sovqat verilib. Məhdud fiziki imkanlı şəxslər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sevinc Əlimova
Emtv.az