SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Paşinyanla qondarma “DQR” arasında savaş pik həddə çatdı, Səfilyan təhdid edir : “Vaxt yoxdur, hakimiyyəti dəyişməliyik”

3-12-2018, 19:46 | Oxunub: 11 665 |

Paşinyanla qondarma “DQR” arasında savaş pik həddə çatdı, Səfilyan təhdid edir : “Vaxt yoxdur, hakimiyyəti dəyişməliyik”

Ermənistanda dekabr ayının 9-da keçiriləcək parlament seçkilərində “Mənim addımım” alyansının rəhbəri, hazırda baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın qalib gələcəyi təqdirdə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın təyin edilmiş lideri Bako Saakyanın istefaya məcbur ediləcəyi barədə faktlar ortaya çıxıb.

Emtv.az xəbər verir ki, noyabr ayının 26-da başlayan parlament seçkilərinin təbliğat və təşfiqat prosesinin gedişində qondarma Dağlıq Qarabağ rejimin rəhbərlyi ilə Ermənistanın baş nazirliyinə iddialı birinci şəxsi arasında gizli savaşın detalları məlum olub.

“Helsinki təşəbbüsü – 92” Dağlıq Qarabağ Komitəsinin koordinatoru, Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın yaxın dostu Karen Ohanjanyanın Ermənistanın news.am saytında N.Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və B.Saakyanın işinə qarışmamasını tələb etməsi məsələnin ciddi tərəflərini üzə çıxarıb.

Karen Ohanjanyan

Bəhs olunan məqaləni özünün “facebook” səhifəsində müzakiriyə çıxaran K.Ohanjanyan Ermənistanda baş nazir N.Paşinyanın seçiləcəyi təqdirdə Dağlıq Qarabağda əhalinin ayağa qalxacağı, hakimiyyət dəyişikliyi olacağı və Jirayr Səfilyanın yeni lider olacağını bildirib.

Jirayr Səfilyan

Qeyd edək ki, Dağlıq Qarabağ müharibəsində “Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş Jirayr Səfilyan hazırki parlament seçkilərində “Sasna tsrer” partiyasının seçki qərargahının rəhbəridir.

J.Səfilyan özü də açıqlamalarının birində bildirb ki, parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacaq.

“Çünki bir il sonra Qarabağda hakimiyyətin “seçkilər yolu ilə” dəyişdirilməsini gözləməyə vaxt yoxdur” – Səfilyan belə deyib.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR