18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Paşinyan Qarabağ “hakimiyyətinin” üstünə terrorçuları göndərir
Ermənistanda “Sasna tsrer” (“Sasun cəngavərləri”) silahlı terror qruplaşmasının üzvləri Azərbaycanın işğal altındakı ərazilərində qondarma rejimin rəhbərini hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşır.
Emtv.az yerli mətbuata istiunadən xəbər verir ki, bu barədə “Sasna tsrer” partiyasının seçki qərargahının rəhbəri, “Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş keçmiş səhra komandiri Jirayr Səfilyan deyib.
“Sasna tsrer” silahlı qruplaşması Qarabağda 2016-cı ilin aprelində Ermənistan ordusunun aldığı zərbədən sonra İrəvanda yaranmış siyasi böhran kontekstində meydana çıxıb və həmin ilin iyulunda post-patrul polkonunun binasına silahlı hücum edərək ələ keçirib.
Bu qruplaşmanın üzvləri uzunmüddətli həbs cəzaları alsalar da, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra onları həbsxanalardan açıb buraxıblar. Qruplaşma eyni adlı siyasi partiyaya çevrildiyini elan edib və dekabrın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərinə qatılıb. Jirayr Səfilyan İrəvanda polis polku binasına hücumda iştirak etməsə də, həmin hücumun təşkilatçısı və ilhamvericisi olub.
Səfilyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, parlamentə getmələrinin məqsədi keçmiş qüvvələrə-Respublika partiyasına, “Daşnaksütun” İnqilabi Federasiyasına, “Çiçəklənən Ermənistana” və digərlərinə parlamentə daxil olmaq imkanı verməməkdir. “Hesab edirəm ki, bizim iştirakımız səbəbindən həmin qüvvələrin heç biri parlamentə keçməyəcək”-Səfilyan deyib.
Keçmiş səhra komandiri bildirib ki, parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacaqlar. Çünki bir il sonra Qarabağda hakimiyyətin “seçkilər yolu ilə” dəyişdirilməsini gözləməyə vaxt yoxdur.
“Əgər bir il gözləsək çaxnaşmalar ola bilər. İnsanların daha səbri qalmayıb”-o deyib .
Səfilyanın sözlərinə görə, onlar seçkilərdən sonra Qarabağda hakimiyyətin dəyişməsi üçün danışıqlara başlayacaqlar.
Xatırladaq ki, bu günlərdə Nikol Paşinyan Jirayr Səfilyana Ermənistan vətəndaşlığının verilməsi haqda qərar çıxarıb. Səfilyan Robert Köçəryan və ondan sonra hakimiyyətdə olan Serj Sərkisyanla həmişə münaqişədə olduğu üçün Ermənistan pasportu ala bilmirdi. İndi isə Paşinyan ona deputat mandatı da təmin etməyə hazırlaşır və belə görünür ki, “Sasna tsrer” terrorçularının qismində özünə gələcək “müxalifət”, yaxud koalision hökumət üçün müttəfiq formalaşdırır.
Ermənistanda bu ilin yazında baş vermiş məxməri inqilabdan sonra Qarabağda da Bako Saakyan rejiminə qarşı etirazlar başlamışdı.
Amma bu etirazlar səngidi və Ermənistan inqilabının Dağlıq Qarabağa transferi təxirə salındı.
Aynurə Kərimova,
Emtv.az
Paylaş.