SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Separatçıların qondarma parlamentində Azərbaycanca söyüş: “Gəlmə köpəyoğlu...”

29-06-2018, 15:18 | Oxunub: 15 366 |

Separatçıların qondarma parlamentində Azərbaycanca söyüş: “Gəlmə köpəyoğlu...”
Dağlıq Qarabağda, separatçıların qondarma “parlamentində” yeganə müxalifətçi “deputat” Ayk Xanumyana azərbaycanca söyüş söyüblər.

Emtv.az trend-ə istinadən xəbər verir ki, ona söyən Qarabağın “xalq artisti” və “qəhrəmanı”, deputat Janna Qalstyandır.
İnsident “parlamentdə” Ayk Xanumyanın qondarma “dqr prezidenti” Bako Saakyanı tənqid etməsi zamanı baş verib. Müxalifətçi “deputat” bildirib ki, 2017-ci il üçün büdcə icrası haqda layihənin əleyhinə səs verəcək. Çünki nə ictimaiyyətin, nə “parlamentin” büdcə pullarının xərclənməsi üzərində nəzarəti yoxdur.



Bundan əlavə Xanumyan Bako Saakyanın istefasını da tələb edib. “Əgər Saakyan vəzifədə qalsa dövlətin hətta sonuncu çətirini öz qohumlarına satacaq, əvvəllər əldə edilmiş xidməti avtomobillər qəpik-quruşa özəlləşdiriləcək və büdcə pulları hesabına yeniləri alınacaq, insanların əmlakının qurama işlərlə əllərindən alınması və Bako Saakyanın yaxın adamlarına verilməsi davam edəcək” -o deyib.

Bu vaxt Janna Qalstyan yerindən duraraq Ayk Xanumyanı söyüb, ona azərbaycanca “gəlmə köpəyoğlu” deyib. “Əlbətdə, heyvan mənəm ki, sənə dözmüşəm” - deyə Ayk Xanumyan ona cavab verib və Qalstyanın ünvanına seksual xarakterli söyüş qaytarıb.

Separatçıların qondarma parlamentində Azərbaycanca söyüş: “Gəlmə köpəyoğlu...”
“Aykakan jamanax” qəzetinə açıqlamasında Qalstan deyib ki, Xanumyanı “prezidentin ünvanına nalayiq ifadə işlətdiyi üçün” söyüb. Qarabağ müxalifətçiləri isə onun Ermənistanın İcevan bölgəsindən olan Xanumyanın ünvanına “gəlmə” sözünü işlətməsini pisləyiblər.

“Qarabağ hakimiyyətinin bütün mahiyyəti bax budur. Onlar Ermənistandan gəlib Qarabağda döyüşənləri və ölənləri gəlmə sayırlar, gəlib burada ədalət uğrunda mübarizə aparanlar onlar üçün gəlmədir”-“Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan deyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR