SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Paşinyan Qarabağdakı erməniləri “sülhə” çağırdı

5-06-2018, 10:00 | Oxunub: 12 107 |

Paşinyan Qarabağdakı erməniləri “sülhə” çağırdı
Dağlıq Qarabağdakı separatçı rejim liderlərinin İrəvandan yardım istəməsi öz nəticəsini verib. Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə Xankəndindəki etiraz aksiyaları müvəqqəti dayandırılıb.

Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayıma çıxaraq, Qarabağdakı ermənilərə müraciət edib, aksiyaları dayandırmağı və separatçıların lideri Bako Saakyana əldə olunmuş razılaşmaları yerinə yetirmək üçün vaxt verməyi tapşırıb.

Həmçinin vurğulayıb ki, Qarabağda baş verənləri diqqətlə izləyir və Bako Saakyanla mütəmadi əlaqə saxlayır.

“Şübhə yoxdur ki, xüsusi xidmət orqanları nümayəndələrinin davranışı narahatlıq doğurur. Bu vəziyyətin konkret həlli olmalı və müvafiq nəticələr əldə edilməlidir. İndi elə mərhələdir ki, etirazçılar Saakyana əldə olunmuş razılaşamaları yerinə yetirməyə imkan verməlidilər. Amma hazırda mitinqlər buna mane olur. İndi topu Qarabağ “hakimiyyətinin” meydanında saxlamaq düzgün olardı, əgər məsələ əldə olunmuş razılıqlar çərçivəsində həll edilməsə, siz topu yenidən öz meydanınıza keçirə bilərsiniz… Mənim sizə qardaş çağırışım budur – aksiyalara son qoyun və ya onları dayandırın ki, “hakimiyyət” etirazçılarla əldə olunmuş razılıqları reallaşdıra bilsin” – deyə Paşinyan Xankəndindəki etirazçılara mesaj yollayıb.

Nəticədə Xankəndində mitinqlərin koordinasiya komitəsi bəyanat yayaraq, Bako Saakyanla əldə olunan razılaşmaları və Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışını nəzərə alaraq etiraz aksiyalarını müvəqqəti dayandırdıqlarını bəyan ediblər.

Paşinyan Qarabağdakı erməniləri “sülhə” çağırdı

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb.

MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz polisi isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçıların fikrincə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Vəziyyətin getdikcə gərginləşdiyini görərən separatçı rejimin nümayəndələri etirazçıları əmin etməyə çalışıblar ki, Bako Saakyan günahkarları cəzalandıracaq.Lakin aksiyaçılar dağılışmayıblar. İyunun 2-də separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükəsizlik şurasının iclasını keçirib. Daha sonra isə o, etirazçıların nümayəndələrini qəbul edərək, onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağına söz verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR