17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qalib Salome Zurabişviliyə “balkon konuşması” yasağı - Tiflisdən xəbərlər - EKSKLÜZİV
Bdzina İvanişvili – ƏDALƏTLİ SEÇKİNİN QALİBİ BİZİK; Qriqol Vaşadze – BU HƏLƏ BAŞLANĞICDIR
Gürcüstanda prezident seçkisinin ikinci turu başa çatıb.
Emtv.az xəbər verir ki, hakim Gürcü Arzusunun dəstəklədiyi Salome Zurabişvili ilə birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze arasında mübarizənin ikinci mərhələsi Zurabişvilinin qələbəsi ilə başa çatıb. Mərkəzi Seçki Komissiyası ilkin nəticələri noyabrın 29-da saat 2-də açıqlayacaq. Exit poll-lar isə rəqiblər arasında 15 faizdən artıq səs fərqinin olduğunu göstərir.
Gullap İnternationalın açıqlamalarına görə, Salome Zurabişvili 58, Qriqol Vaşadze 42 faiz səs toplayıb.
Seçici fəallığını hər iki düşərgə yüksək qiymətləndirib. Seçkinin ilk 4 saatında 3,6 milyon seçicinin 20 faizi səsverməyə qatılıb. Saat 17-də isə səsvermədə iştiraf faizi 47,54 olub.
Müxalif düşərgə ilk saatlardan seçkinin saxtkarlıqla keçirildiyi bildirib. Qriqol Vaşadzenin seçki qərargahından Musavat.com-a verilən xəbərə görə, bütün ölkə üzrə karusel əməliyyatı baş verib, qutulara topa bülletenlər atılıb, polis və xüsusi xidmət orqanlarının əməkdaşları məntəqələrə basqın edib, süni qarşıdurma yaradılaraq müxalifətçi müşahidəçilər pravokasiyaya çəkilib, xəsarət alanlar, məntəqələrdən uzaqlaşdırılanlar var.
Gürcüstan Daxili İşlər Nazirliyinin yayadığı açıqlamada seçki prosesində baş verən qanun pozuntuları ilə bağlı 11 cinayət işi açıb. Onlardan biri eks-prezident Mixeil Saakaşvilinin qardaşı ilə bağlıdı. David Saakaşvili Qurciani rayonunun Çumlaki kəndindəki 19 saylı seçki məntəqəsində olarkən yaxınlıqdakı avtomobildən havaya atəş açılıb. Sonrada olayda siyasi motiv olduğu bildirilsə də polis olayı araşdırır.
Seçki günü xəsarət jurnalistlərdən də xəsarət alan olub. Daxili işlər nazirinin müavini Mezvrnşvilinin sözlərinə görə, Pirveli telekanalının müxbiri Tatiya Çapiçadzeyə Qldani rayonundakı seçki məntəqəsində hücum və fiziki güc tətbiq edilməsilə bağlı cinayət işi başlanıb.
Seçki başa çatandan dərhal sonra Salomo Zurabişvilinin açıqlaması gözlənilsə də bu baş verməyib. Gürcüstan telekanalları bildirir ki, onun açıqlama verməsinə qeyri-rəsmi qadağa var. Bu qərar onun gürcücəsinin zəif olması ilə əlaqələndirilir. Qalibin yerinə Gürcü Arzusu Partiyasının lideri Bdzina İvanişvili danışıb. O, Gürcüstan seçicilərinin öz güclərini dərk etdiklərini, bunun da seçkinin nəticələrinə təsir göstərdiyini bildirib. İvanişvili seçicilərə təşəkkür edib “Ədalətli seçkinin qalibi bizik. Mən vəd etdiklərimin hamısının arxasındayam. Mən və mənim komandam hər şey edəcəyik ki, Gürcüstan yaxın illərdə Avropanın inkişaf etmiş ölkəsinə çevrilsin”.
Qriqol Vaşadze isə ilk media açıqlamasında hakimiyyətin ünvanına sərt tənqidlər səsləndirib. O, ikinci turda seçki saxtakarlığının kulminasiyaya çatdığını, müxalifətin güclü olduğu məntəqələrdə süni qarşıdurma yaradıldığını deyib. Qriqol Vaşadze iqtidar komandasını seçiciləri pulla ələ almaqda suçlayıb. O, bildirib ki, müxalifət öz səslərini qoruyacaq:Hər şey indi başlayır”.
Şəhərin mərkəzi küçələrində bu gün hərəkət məhdudlaşdırılıb. İctimai nəqliyyat mərkəzi küçələrə buraxılmayıb. Seçki başa çatandan sonra isə hər iki düşərgənin tərəfdarları öz bayraqları ilə küçələrə çıxıb. Rustaveli küçəsindəki keçmiş parlament binasının önündə toplaşırlar.
Aygün Muradxanlı,
Musavat.com,Tiflis