SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Reallığa çevirilə bilməyən “gürcü arzusu”: Saakaşvilinin Tiflisə qayıdışına yollar açılır – Bizim şərh

31-10-2018, 15:23 | Oxunub: 11 913 |

Reallığa çevirilə bilməyən “gürcü arzusu”: Saakaşvilinin Tiflisə qayıdışına yollar açılır – Bizim şərh

Seçkilər təxminən dekabrın 2-də keçiriləcək.

Əgər ikinci turda Vaşadze birinci turda başqa namizədə verilmiş səsləri öz tərəfinə çəkə bilsə, qalib gələcək.

Eləcə də əgər azərbaycanlıların yaşadıqları rayonlarda effektiv təşviqat apararsa, daha böyük uğur qazana bilər. Birinci turda əksər azərbaycanlılar Vaşadzeyə səs verib.

Məlum olur ki, Vaşadzenin uğurunu onun rəqibi, Gürcüstan erməniləri ilə görüşündə antitürk bəyanatı səsləndirən Zurabişvili təmin edib. Erməni əhalinin yaşadığı Ninotsminda rayonunda olan Zurabişvili onun səyləri ilə “Vətəndaşlıq haqqında” qanuna dəyişikliyin edildiyini xatırladıb.

Qanuna əsasən keçmiş Gürcüstan vətəndaşları 2018-ci il avqustun 15-dən 2020-ci il dekabrın 31-dək Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə müraciət edərək Gürcüstan vətəndaşlığını bərpa edə bilər.

Bundan sonra başqa dövlətin pasportunun olmasına görə avtomatik olaraq Gürcüstan vətəndaşlığından məhrum edilməyəcəklər. Belə ki, Samtsxe-Cavaxeti bölgəsində ermənilərin çoxunun 2-3 vətəndaşlığı (Gürcüstan, Ermənistan, Rusiya) var. Əvvəllər bu cür sakinlər Gürcüstan vətəndaşlığından məhrum edilirdi.

Zurabişvili bildirib ki, “bundan öncə bir prezident türklərin çoxuna vətəndaşlıq verib, bu gün onun nümayəndəsi mənim opponentlərimdən biridir, ancaq sizə vətəndaşlıq verməyib”.

Zurabişvili ehtiyatsız bəyanatı ilə öz rəqibini Türkiyənin tərəfdarı adlandırmaqla özünü azərbaycanlıların əleyhdarları sırasına aid edib. Azərbaycanlılar Qriqol Vaşadzeyə səs verməklə Zurabaşviliyə cavab veriblər. Zurabişlvili Gürcüstanda yaşayan ermənilərlə görüşdə Azərbaycanın və Türkiyənin ünvanına xoş olmayan digər açıqlamalar da verib.

Əgər ikinci tura qədər Vaşadze azərbaycanlılarla əlavə görüşlər keçirərsə, azərbaycanlıların yaşadığı rayonlarda qələbəsini təmin edə bilər. Bütün bunlar Mişanın Tiflisə qayıdışına yol açır. Lakin onu Gürcüstanda həbs də gözləyə bilər. Mişa belə oyunların mahir ifaçısıdır və əgər həbs edilərsə, növbəti parlament seçkilərində baş nazirliyini təmin etmiş olacaq…

Aynurə Kərimli.
Emtv.az

Reallığa çevirilə bilməyən “gürcü arzusu”: Saakaşvilinin Tiflisə qayıdışına yollar açılır – Bizim şərh
Paylaş:
Avropa.info

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR