18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Müxalifət qanun pozuntularının olduğunu bəyan etdi – Yenilənir
Gürcüstan müxalifəti prezident seçkilərinin ikinci turunda çoxsaylı qanun pozuntularının olduğunu bəyan edib.
Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, saat 08:00-da 3 703 seçki məntəqəsində səsvermə prosesinə başlanılıb.
Məntəqələrin 55-i xarici ölkələrdə açılıb, 11-i isə istisna hallar üçün yaradılmış seçki məntəqələridir.
Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılmış seçki məntəqələrində səsvermə saat 24:00-dək davam edəcək. Gürcüstanın Azərbaycandakı səfirliyində üç seçki məntəqəsi açılıb.
Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.
Prezident seçkilərini seçici subyektlərinin 17 000 nümayəndəsi, 48 500-dən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini 2 300 jurnalist işıqlandırır.
Seçkilərdə iki namizəd hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır. Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.
Qeyd edək ki, bugünkü seçkilər Gürcüstanın dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilərdir.
Qonşu ölkənin yeni prezidenti 6 il müddətinə seçiləcək.
İlqar Qocayev,
Emtv.az
Paylaş.