17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bidzina İvanişvili seçicilərə verdikləri dəstəyə görə təşəkkür edib
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Emtv.az xəbər verir ki, o, partiyanın qərargahında keçirdiyi brifinqdə vətəndaşlara müraciət edib.
“Hökumət sizin xidmətinizdə olacaq və etimadınızı doğrultmaq üçün mümkün olan hər şeyi edəcək. Cəmiyyətimizə və fədakarlıqla iş aparmış komandaya çox minnətdaram”, - partiya sədri bildirib.
Gürcüstanın baş naziri Mamuka Baxtadze də seçicilərə göstərdikləri fəallığa görə təşəkkür edib. O, Salome Zurabişvilini əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edib.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, hakim partiyanın dəstəklədiyi namizəd S.Zurabişvili səs çoxluğu ilə qalib gəlib.report
Aysu Əliyeva,
Emtv.az