SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bu il Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə artıb

26-11-2018, 13:26 | Oxunub: 16 694 |

Bu il Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə artıb
İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə görüşüb.

Emtv.az İqtisadiyyat Nazirliyindən yerli mənbələrə verilən məlumata görə xəbər verir ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu qeyd edib, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, 2004-cü ildə "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında" Bəyannamə imzalanıb, Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafı üçün möhkəm hüquq-müqavilə bazası yaradılıb.

Hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dan çox şirkət fəaliyyət göstərir. Azərbaycanın Özbəkistanda, eləcə də Özbəkistanın Azərbaycanda milli sərgiləri təşkil edilib. Bu ilin 9 ayında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə, ölkəmizin Özbəkistana ixracı 3 dəfə artıb.

Nazir Şahin Mustafayev Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradılğını, Dünya Bankının "Doing Business 2019" hesabatında öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edildiyini vurğulayıb, ölkələrimiz arasında sənaye, kənd təsrrüfatı, turizm, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracının daha da artırılması üçün böyük potensialı diqqətə çatdırıb.


Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan iqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə nəqliyyat-tranzit əlaqlərinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun, nəqliyyat dəhlizlərinin, Bakı Beynəlxalq Ticarət Limanından imkanlarından daha geniş istifadə edilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi barədə müzakirələr aparılıb.


Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı qeyd edib, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların iqtisadi əlaqələrin inkişafında rolunu vurğulayıb.

Aynurə Kərimli
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR