18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazir: Azərbaycan Gürcüstana 3,4 mlrd. dollar investisiya yatırıb
İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ş. Mustafayev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb. Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxını iqtisadi sahədə olmaqla 100-dən çox sənəd imzalanıb: “Azərbaycanda 280-ə yaxın Gürcüstan, bu ölkədə isə 200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 72 mln. dollar, Azərbaycan tərəfindən isə Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir”.
Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar, qeyri-neft sektorunun diversifikasiyası, xüsusilə investisiyaların və ixracın təşviqi sahəsində son illərdə görülən işlər barədə gürcüstanlı qonaqlara məlumat verib.
G. Qaxaria ölkəsinin iqtisadiyyatı, biznes və investisiya mühiti barədə danışıb, Azərbaycanın Gürcüstana investisiya qoyuluşunu yüksək qiymətləndirib və ölkəsində Azərbaycan sərmayələrinin dəstəkləndiyini vurğulayıb. Gürcüstanlı nazir iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gedişi, tranzit daşımalarının artırılması və bu sahədə vahid tariflərin tətbiqi, kənd təsərrüfatı, ticarət, investisiya, İKT və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Tərəflər həmçinin, Azərbaycan və Gürcüstanın tranzit imkanlarının Çində birgə təqdimatının keçirilməsi, üçüncü ölkələrə birgə ixrac, ticarətin genişləndirilməsi, kənd təsərrüfatı, İKT, turizm sahələrində əlaqələrin inkişafı, Azərbaycan peyklərinin imkanlarından istifadə edilməsi, üçtərəfli formatda Azərbaycan-Gürcüstan-İran birgə forumunun Gəncədə təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Emtv.az