17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bakı metrosunda hadisə - Maşinist son anda xilas edilib
"Bakı Metropoliteni"nin Bənövşəyi xəttinin "Memar Əcəmi-2" stansiyasında həyəcanlı anlar yaşanıb.
Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı "Avtovağzal" istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.
Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə maşinistin qolu qırılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib:
“Bəli, belə bir hadisə olub. Rəmzi Rüstəmov vaqondan vaqona keçərkən səhlənkarlığa yol verib. Yıxılıb, xoşbəxtlikdən daha ciddi xəsarət almayıb, qolu qırılıb. Bu barədə Əmək Müfəttişliyinə xəbər verilib. Hazırda maşinist bülletendədir. Təbii olaraq, o vəziyyətdə işə çıxa bilməz. Əmək Müfəttişliyi hadisəni araşdırdıqdan sonra yekun qərar veriləcək”.
B.Məmmədov qeyd edib ki, maşinistin kabinəni dəyişmə səbəbi qatarıın “Memar Əcəmi-2 “ stansiyasından “Avtovağzal” stansiyasına gedib və qayıtmasıdır:
“Maşinist qatarı “Avtovağzal” stansiyasına sürmək üçün kabinəni tərk edib, digərinə gedərkən belə bir hadisə yaşanıb”.
Xumar Rəsulova
Emtv.az
Paylaş.