18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakı metrosunda həyəcana səbəb olan maşinisti...
“Metronun “28 May” stansiyasında qatarı hüdud xəttinə çatmadan sərnişinlərin minib-düşməsi üçün saxlayan maşinistə sonuncu xəbərdarlıqla töhmət verilib”.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, maşinist öz səhvini etiraf edib:
“Özü də səmimi etiraf edib ki, ani diqqəti yayınıb. Bunun əsasında bütün təlimatçı-maşinistlərə bütün lokomotiv briqadaları ilə bu nümunə əsasında ciddi iş aparılması üçün ciddi tapşırıqlar verilib”.
Qeyd edək ki, ötən gün səhər saat 08:29-da “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatar “28 May” stansiyasında hüdud xəttinə çatmadan dayanıb. Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.
Sevinc Əlimova,
Emtv.az