18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qiymətlər qalxdı maşinist də başın itirdi: Bakı metrosunda maşinist qatarın qapılarını stansiyaya çatmamış açdı
“Bakı Metropoliteni” QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb.
Emtv.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuata təsdiqləyən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin maşinist barəsində araşdırma başlayıb.
B.Məmmədovun sözlərinə görə, hazırda hadisə təhlil edilir və maşinist məsələni izah etmək üçün dəvət ediləcək: “Hadisə bu gün səhər saat 08:29-da metronun “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən 6 saylı qatarda baş verib. Maşinist qatarı hüdud xəttinə çatmadan saxlayıb. Araşdırmalar aparılır və maşinist izahat üçün dəvət ediləcək. Tez bir zamanda hadisə ilə bağlı yekun qərar veriləcək”.
Qeyd edək ki, səhər saatlarında metronun “28 May” stansiyasında qatar hüdud xəttinə çatmadan dayanıb.
Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.
Sevinc Əlimova,
Emtv.az