SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“...Azərbaycan Gürcüstandan belə geridədir” - Gövhər Baxşəliyeva

13-11-2018, 18:19 | Oxunub: 10 358 |

“...Azərbaycan Gürcüstandan belə geridədir” - Gövhər Baxşəliyeva

Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Emtv.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, 2019-cu ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 1,3 milyon manat vəsait nəzərdə tutulub.

“Bir sıra ölkələrdə elmi tədqiqat və araşdırmalara ayrılan büdcə vəsaiti və elmi reytinqi haqqında məlumat beynəlxalq təcrübəyə əsasən, elm və texnologiyanın inkişaf vəziyyəti ölkənin inkişaf səviyyəsindən birbaşa asılıdır. Dünya təcrübəsinə əsasən, hər bir ölkədə elmi tədqiqatlara ayrılan xərclər ÜDM-in ən azı 2%-ni təşkil etməlidir. Dünyada elmin inkişafına ayrılan vəsaitin 23%-i ABŞ-ın, 21%-i Çinin, 13%-i isə Yaponiyanın payına düşür. Əsaslı olaraq dünyanın əsas elm mərkəzləri Şimali Amerika, Avropa və Şərqi Asiya ölkələri hesab olunur. Elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin ÜDM-də xüsusi çəkisinin az olması elmi heyətin, elmi kadr potensialının azalmasına səbəb olur ki, bu da yüksək elmi nəticələrin alınmasına mənfi təsir edir…

Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır. Azərbaycan hətta maliyyə sıxıntıları yaşayan Gürcüstandan belə geridədir. Azərbaycan bu reytinqdə 96-cı yerdə qəraralaşıb. Ancaq Gürcüstan, Ukrayna kimi ölkələr bizdən öndədir. Bu sahəyə diqqət ayırmaqla elmi araşdırmalara maliyyə vəsaitinin ayrılması artırılmalıdır,”- deputat bildirib.

O əlavə edib ki, prezidentin fərmanları ilə son illər ərzində AMEA əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb.

“Son vaxtlar AMEA-nın müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artmışdır. Lakin açığını demək lazımdır ki, AMEA digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”,- o bildirib.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR