SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AMEA muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq

5-07-2017, 13:49 | Oxunub: 8 950 |

AMEA muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan EMTV.az-ın yerli mətbuata istinadən verilən məlumata görə, iclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun həmmüəllifi olduqları “Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr” adlı elmi məruzə dinlənilib.

Rəyasət Heyəti Rasim Əliquliyevin məruzəsində olan təkliflər əsasında müvafiq qərar qəbul edib.

Rəyasət Heyətinin iclasında AMEA-nın bəzi elmi müəssisələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub. Mövzu ilə əlaqədar çıxış edən Akademiya prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA nizamnaməsi və "Elm haqqında" Azərbaycan Qanununun müvafiq maddələrinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qeyd edilənlər nəzərə alınaraq Rəyasət Heyəti tərəfindən AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiq edilib. Vurğulanıb ki, muzeylərdə həyata keçirilən sahibkarlıq fəaliy­yəti bu Qaydalara edilmiş əlavələr, eləcə də fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki-hüquqi müqavilələr əsasında müəyyən edilir.

İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nizamnaməsinə qismən dəyişiklik edilməsi ilə bağlı qərar da qəbul olunub. Akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun tərkibinin, o cümlədən AMEA-nın Elm Tarixi İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq olunması, AMEA Qafqazşünaslıq İnstitutunun strukturunda qismən dəyi­­şiklik edilməsi və AMEA Zoologiya İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin yaradılması gündəlikdə yer alan məsələlərdən olub.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR